Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

İham Əliyevin namizədliyi qeydə alındı - VIDEO

27-02-2018, 16:24 Baxış: 327
İham Əliyevin namizədliyi qeydə alındı  -  VIDEO
Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyini qeyd alıb.
Bu barədə qərar bu gün MSK-nın iclasında qəbul edilib. İclasda nəzərə çatdırılıb ki, 900 imza vərəqində təqdim edilən 45 min imzadan 42 min imza yoxlanılıb və bu imzalar etibarlı olub. Seçki Məcəlləsinə əsasən 42 min etibarlı imza İlham Əliyevin namizədliyinin qeydə alınması üçün yetərli olduğundan yoxlama prosesi dayandırılıb. Çıxışlardan sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla, İlham Əliyev rəsmən qeydə alınan ilk prezidentliyə namizəd olub.
***
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb. Qeyd olunub ki, İlham Əliyevin namizədliyinin qeydə alınması üçün kifayət qədər imza toplanılıb. Daha sonra məsələ səsə qoyularaq İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.