Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Əli Həsənov: “Azərbaycana qarşı təlimatlandırılan şəxslərə dirənişi ilk olaraq media göstərməlidir”

10-03-2018, 16:09 Baxış: 194
Əli Həsənov: “Azərbaycana qarşı təlimatlandırılan şəxslərə dirənişi ilk olaraq media göstərməlidir”
"Bəzi hallarda ədəbi dil normalarını pozurlar, yad təsirlərlə çirkləndirirlər. Dəyərlərin müdafiəsində Mətbuat Şurası yaxından iştirak etməlidir”.
Bunu Mətbuat Şurasının VII qurultayında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
O, milli-mənəvi dəyərləri bilməyən adamlarla bağlı təəssüfünü bildirib: "Ailənizə rəva görmədiyiniz məsələni cəmiyyətə yaymayın, əksinə, belə edənlərə qarşı cəbhə açmalısınız”.
Prezidentin köməkçisi qeyd edib ki, bəzi şəxslər ölkədən qaçıb Azərbaycanın simvollarını təhqir edirlər: "Həmin şəxslər xaricə gedən kimi onların pasportlarını alırlar, Azərbaycana qarşı təlimatlandırırlar.
Azərbaycan mətbuatı isə susur, buna jurnalistlər xüsusi diqqət etməlidir.
Baxın, həmin insanlardan valideynləri də imtina ediblər.
"Facebook”un imkanlarından istifadə edərək, çirkab yağdırırlar.
Onlara qarşı ilk olaraq media dirəniş göstərməlidir”.
Ə.Həsənov bildirib ki, reket jurnalistlərlə bağlı Mətbuat Şurası siyahı hazırlayıb: "Məni təhdid edirlər.
Deyirlər ki, Əli Həsənov çörəyimizə bais olur.
O insanları doğru yola dəvət edirəm.
Olan və olmayan kompromat toplayıb insanları şantaj etmək yaxşı hal deyil.
Bu işin axırı yoxdur.
Siz özünüzü təhdid etdiyiniz insanların yerinə qoyun.
Mən o insanlarla mübarizə aparmıram, onları doğru yola çağırıram”.
O vurğulayıb ki, Mətbuat Şurasının "qara siyahı”sında olan media orqanlarının əməkdaşlarının bundan sonra da adları mənzil alan şəxslərin siyahısına daxil edilməyəcək.