Bakı 15° C Temperatur

72

8m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

Bu, peşəkarların işinə kölgə salır – Aynur Camalqızı

10-03-2018, 18:13 Baxış: 174
Bu, peşəkarların işinə kölgə salır – Aynur Camalqızı
Reket jurnalistlərlə mübarizə qaydaları daha da təkmilləşdirilməli, yeni medianın tələblərinə uyğunlaşdırılmalıdır.
Bu sözləri "Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı Mətbuat Şurasının VII qurultayında çıxışı zamanı deyib.
A.Camalqızı da vahid kart təklifini dəstəklədiyini açıqlayıb: "Mətbuat Şurasının vahid kartdan istifadəsi reket jurnalistikasına qarşı ciddi mübarizə olardı.
Bundan əvvəl isə qanunvericilik bazası təkmilləşdirilməli, yeni medianın tələblərinə uyğunlaşdırılmalıdır.
Bu gün Azərbaycanda domen alıb media yaratmaq olduqca asandır.
Hər kəs öz evində oturaraq, bir domen adını qeydiyyatdan keçirib media adına iddia edə bilər.
Bütün bunlar medianı gözdən salmaqla yanaşı, həm də peşəkar jurnalistlərin fəaliyyətinə də kölgə salır”.
A.Camalqızı onlayn medianın qeydiyyat məsələsinə də toxunub: "Düşünürəm ki, onlayn medianın qeydiyyat məsələsi də təkmilləşdirilməlidir.
Bildiyimiz kimi, bu gün telekanalların fəaliyyətə başlaması üçün irəli sürülən tələblər kifayət qədər ciddidir.
Hesab edirəm ki, bu tələblər onlayn media üçün də tətbiq edilməlidir.
Belə olan halda biz reket jurnalitlərlə daha yaxşı mübarizə apara və onların fəaliyyətinin genişlənməsinin qarşısını ala bilərik”.