Bakı 15° C Temperatur

72

8m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

“HEYDƏR ƏLİYEVİN QARŞISINDA BAŞ ƏYMƏK…” – Zahid Oruc - FOTO

12-03-2018, 12:51 Baxış: 1 022
“HEYDƏR ƏLİYEVİN QARŞISINDA BAŞ ƏYMƏK…” – Zahid Oruc  - FOTO
Azərbaycan Respublikası prezidentliyinə namizəd Zahid Oruc və onun Seçki Qərərgahının üzvləri Laçın Abasov, Elçin Həsənov, İlqar Kərimov  Rüfət Qasımov  Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Altaba.az xəbər verir ki, müasir Azərbaycan dövlətinin qurucusuna olan mənəvi borclarını yerinə yetirdiklərini söyləyən Z.Oruc qeyd edib ki, Heydər Əliyevin önündə baş əymək, millət qarşısında başını dik tutmağı haqq etmək deməkdir:
"Dünyada böyük dövlət adamlarının adı ətrafında nə qədər fərqli müzakirələr aparılsa da, siyasətçilər, partiyalar və hərəkatlar millətin xilaskarına çevrilən şəxsiyyətlərin tarixi rolunu inkar etməyə çalışmırlar. 
Ona görə də varislik ənənələri yalnız bir təşkilata,ideologiyaya və şəxsə aid deyil.
Heydər Əliyev siyasi irsinin davamçısı olmaq üçün müxalif dünyagörüşün daşıyıcısı kimi çıxış edənlərin heç birinə yasaq yoxdur.
İqtidarın siyasəti əleyhinə ola bilərsən, lakin milli liderin portretini başın üzərində asmaq dövlətin məhək daşını tanımağınız və ona ehtiram göstərməyiniz deməkdir”. Bunları ziyarətdən sonra jurnalistlərə söyləyən prezidentliyə namizəd seçki təbliğatı dövründə daha əhatəli açıqlamalarla çıxış edəcəyini də bildirib.
Z.Oruc onu da qeyd edib ki, Mərkəzi Seçki Komissiyasında (MSK) bu gün onlara namizədlik vəsiqəsi təqdim olunacaq.