Bakı 15° C Temperatur

72

8m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

Zahid Oruca prezidentliyə namizədlik vəsiqəsi təqdim olundu

12-03-2018, 16:17 Baxış: 877
Zahid Oruca prezidentliyə namizədlik vəsiqəsi təqdim olundu
Azərbaycan Respublikası prezidentliyinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Oruca martın 12-də prezidentliyə namizədlik vəsiqəsi təqdim olunub.
Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı qeydə alınmış namizəd Zahid Orucu təbrik edib, vəsiqəni ona təqdim edib.
MSK sədri seçkilərin Seçki Məcəlləsinin tələblərinə tam uyğun, demokratik və şəffaf şəkildə keçirilməsi üçün zəruri işlərin görüldüyünü söyləyib.
Xatırladaq ki, prezident seçkiləri ilə əlaqədar yeddi namizəd qeydə alınıb.