Bakı 15° C Temperatur

72

8m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb - FOTO - VİDEO

12-03-2018, 17:22 Baxış: 244
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb  - FOTO - VİDEO
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
Prezident İlham Əliyev Baş nazir Giorgi Kvirikaşvilini qarşıladı.
Sonra rəsmi foto çəkdirildi.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşü oldu.
Prezident İlham Əliyev dedi:
-Hörmətli cənab Baş nazir. Mən sizi səmimiyyətlə salamlayıram.Azərbaycana xoş gəlmisiniz.
Əminəm ki, sizin səfəriniz Gürcüstan-Azərbaycan dostluq, qardaşlıq münasibətlərinin inkişafında mühüm rol oynayacaq.
Biz bir çox sahələrdə uğurlu əməkdaşlıq edirik. Şadam ki, ticarət dövriyyəsi artır. Şadam ki, Azərbaycan Gürcüstana sərmayə qoyan ölkələrin arasında birinci yeri tutur. 2012-ci ildən biz bu birinciliyi saxlayırıq. Bu, onu göstərir ki, ölkənizdə çox gözəl sərmayə iqlimi var. Bu, eyni zamanda, onu göstərir ki, bizim əlaqələrimiz çox yüksək səviyyədədir. Əlbəttə, bizi birləşdirən bir çox önəmli qlobal layihələr var. Biz keçən ilin oktyabr ayında sizinlə bərabər onlardan birinin açılışını qeyd etdik – Bakı-Tbilisi-Qars. Bu il Cənubi Qafqaz qaz kəmərinin, TANAP layihəsinin istifadəyə verilməsi nəticəsində əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq. Yəni, bizim əməkdaşlığımız hətta regional formatdan çıxıb qlobal müstəviyə qalxır. Bütün bu uğurlu addımların təməlində bizim dostluğumuzdur, qardaşlığımızdır. Məhz həmin münasibətlər əminəm ki, bundan sonra da xalqlarımızın maraqlarına xidmət edəcək. Bir daha sizi salamlayıram. Əminəm ki, səfəriniz çox uğurlu olacaq və səfərin çox yaxşı nəticələri olacaq.

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb  - FOTO - VİDEO Prezident İlham Əliyev Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb  - FOTO - VİDEO Prezident İlham Əliyev Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb  - FOTO - VİDEO Prezident İlham Əliyev Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb  - FOTO - VİDEO