Bakı 15° C Temperatur

72

8m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

12-03-2018, 17:31 Baxış: 201
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili martın 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Baş nazir Giorgi Kvirikaşvili tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələrini yad edib, məzarları üstünə gül dəstələri qoyub.