Bakı 15° C Temperatur

72

8m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

Georgi Tsereteli: "ATƏT PA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək"

13-03-2018, 14:15 Baxış: 132
Georgi Tsereteli: "ATƏT PA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək" ATƏT Parlament Assambleyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.
Bunu APA-ya açıqlamasında ATƏT PA prezidenti Georgi Tsereteli deyib.
O bildirib ki, bu məqsədlə portuqaliyalı deputat Nilza Sena xüsusi koordinator təyin olunub: "Bu, qısamüddətli missiyadır. Onlar səsvermə günündən 3-4 gün qabaq gələcəklər. Sayını dəqiq bilmirəm, 15-16 nəfər olmalıdır".  
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.