Bakı 15° C Temperatur

76

5m/s

  • USD1.7001
  • EUR2.1043
  • 1BTC$13850
  • NEFT$65.34
^
XƏBƏR LENTİ

Prezidentliyə namizədlərin çıxışları başladı - VIDEO

21-03-2018, 22:14 Baxış: 391
Prezidentliyə namizədlərin çıxışları başladı - VIDEO
Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində namizəd olan 8 siyasətçinin bu gün 22:00-da İTV-də "Təhlükəsizlik və ordu quruculuğu" mövzusunda 3-cü debatı başladı.
​ Bu gün Mərkəzi Seçki Komissiyasında keçirilmiş püşkatmanın nəticələrinə əsasən, çıxışlar aşağıdakı ardıcıllıqla müəyyən olunub.
1. Namizədliyi öz təşəbbüsü ilə irəli sürən Zahid Oruc
2. Namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə,
3. Namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev,
4. Namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev,
5. Namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev,
6. Namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədov
7. Namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev,
8. Namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev,
 
Qeyd edək ki, prezidentliyə namizədlərə İctimai Televiziya və Radio Yayımları Şirkətində həftədə 6 saat vaxt ayrılacaq.
6 saatın 3 saatı namizədlər tərəfindən İctimai Televiziyada, 3 saat isə İctimai Radioda ödənişsiz əsaslarla istifadə olunacaq.
Dəyirmi masa həftənin 1,2 və 3-cü günləri keçiriləcək. İctimai Radioda prezidentliyə namizədlərin dəyirmi masası isə həftənin 1, 2 və 3 günləri saat 19:00-da olacaq.
Çıxış üçün hər namizədə 7 dəqiqə 30 saniyə vaxt ayırılacaq.
Bu gün Mərkəzi Seçki Komissiyasında keçirilən püşkatma ilə İctimai Televiziyada həftədə 3 dəfə olmaqla saat 22:00-da başlayacaq dəyirmi masada prezidentliyə namizədlərin çıxış etmə ardıcıllığı müəyyən edilib.
Növbəti debat "demokratiya" mövzusunda İTV-də mart ayının 26-da saat 22:00-da olacaq