Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyinə orden verdi

26-03-2018, 23:19 Baxış: 544
İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyinə orden verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanovun 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.
Orxan Sultanov milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə təltif olunub.
Prezident İlham Əliyev həmçinin Xarici Kəşfiyyat Xidməti rəisinin müavini general-mayor Ceyhun Şadlinskinin 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bundan əlavə, dövlət başçısının digər sərəncamı ilə, Xarici Kəşfiyyat Xidmətinin bir sıra əməkdaşları müxtəlif orden və medallarla təltif olunublar.