Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Qüdrət Həsənquliyev İlham Əliyevi təbrik etdi

12-04-2018, 00:45 Baxış: 361
Qüdrət Həsənquliyev İlham Əliyevi təbrik etdi
Prezident seçkiləri ilə bağlı keçirilən "exit-poll”arın nəticələrindən və Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrdən bəlli olur ki, İlham Əliyev növbədənkənar prezident seçkilərində qalib gəlib.
İlham Əliyevi təbrik edirəm, ölkəmizdə yaşanan problemlərin həllində, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında ona uğurlar arzulayıram.
BAXCP-nin Seçki Qərargahından verilən məlumata görə, bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev prezident seçkilərinin ilkin nəticələrinə münasibət bildirərkən deyib.
"Ümid etmək istərdim ki, İlham Əliyev və onun komandası digər namizədlərin seçki marafonu zamanı ölkədəki problemlərin həllinə dair səsləndirdikləri təklifləri diqqətlə araşdıracaq və həmin təkliflərdən faydalanacaqlar”, - deyə BAXCP sədri qeyd edib.