Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Duqin hədələdi: Tabe olmasa, İrəvanı dağıdacağıq

21-04-2018, 17:12 Baxış: 291
Duqin hədələdi: Tabe olmasa, İrəvanı dağıdacağıq
Rusiya və prezidenti yalnız dövlətlərarası münasibətlər çərçivəsində çalışır. Putin üçün liderlə münasibət iki ölkələr arasındakı münasibətlər deməkdir. Bunu "1in.am” saytına açıqlamasında rusiyalı ideoloq Aleksandr Duqin deyib.
"Putin buna adət edib. Putindən və indiki Rusiya hakimiyyətindən Ermənistandakı problemə müdaxiləni tələb etmək gülməlidir. Rusiya və onun hökuməti Ermənistana formal prinsip əsasında münasibət göstərir.
Putin Sərkisyanla danışmağa adət edib və o, Putini qane edir. Məhz buna görə də rus lider Sərkisyanı dəstəkləyir.
Yerdə qalanlar isə oyundan kənardırlar. Ermənilərə Rusiya ilə münasibətləri dəstəkləmək faydalıdır. Sərkisyana münasibət sizin daxili işinizdir, amma əgər bu qarşıdurmada Rusiyaya qarşı münasibət pozulsa, bu, ilk növbədə ermənilərin özü üçün pis olacaq. Bu, həm də bizim üçün pis olacaq. Biz belə hadisələrin digər postsovet məkanı ölkələrində necə bitdiyinin şahidi olmuşuq.
Rusiyanın müttəfiqi olan ermənilərin heç bir çıxış yolu yoxdur. Putin Sərkisyanı ona görə dəstəkləyir ki, Sərkisyan onun üçün Ermənistanın özüdür. Putin bundan sonra kimin haqlı, kimin günahkar, kimi iqtisadiyyatı dağıtdığını müəyyən etmək üçün çalışmamalıdır.
Əgər rejim dəyişikliyi Rusiya ilə münasibətləri qoruyub saxlayacaqsa, bu, Ermənistanın daxili işidir.
Ən vacib olan şey xarici güclərin manipulyasiyasından qaçmaqdır.
Bu, hər kəs üçün - ermənilər, rusiyalılar və regionun stabilliyi üçün vacibdir. Əks halda manipulyasiya rejim dəyişikliyi ilə bitməyəcək.
Bu, dövləti dağıdacaq”, – deyə o bildirib.