Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Ermənistanda Paşinyan və müvəqqəti baş nazir arasında danışıqlar ləğv edilib

25-04-2018, 00:40 Baxış: 311
Ermənistanda Paşinyan və müvəqqəti baş nazir arasında danışıqlar ləğv edilib
Ermənistanda müxalifət lideri Nikol Paşinyan və baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan arasında aprelin 25-nə planlaşdırılmış danışıqlar ləğv edilib.
 "RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə N.Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş sazişi” Partiyasının mətbuat katibi Tiqran Avinyan bildirib. Onun sözlərinə görə, danışıqların keçiriləcəyi tarix hələlik məlum deyil.
Tiqran Avinyan "tert.am”-a müsahibəsində bildirib ki, müxalifət bundan əvvəl bəyan etdiyi müddəalar ətrafında danışıqların aparılmasını təkid edir.
Qeyd edək ki, müxalifətçilər hakimiyyətin dinc ötürülməsini, Respublika partiyasının müvəqqəti hökumətin tərkibində əsas iştirakçı kimi təmsil edilməməsini və s. tələblər irəli sürürlər.
"Respublika partiyası məsələnin bu cür qoyulmasının əleyhinədir”, - deyə Avinyan qeyd edib.
Bundan əvvəl N.Paşinyan baş nazir postunu tutmağa hazır olduğunu bildirib.
Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən keçirilib.
Aprelin 23-də Ermənistan hökuməti istefa verib.
Ölkədə yeni baş nazir seçkiləri mayın 2-nə təyin edilib.