Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

“Ermənistanın yeni baş naziri Paşinyan olacaq” - Karapetyan

25-04-2018, 14:06 Baxış: 218
“Ermənistanın yeni baş naziri Paşinyan olacaq” - Karapetyan Ermənistanda baş nazir vəzifəsini icra edən Karen Karapetyan prezident Armen Sarkisyandan ölkədə növbədənkənar parlament seçkiləri təyin etməyi xahiş edib.
TASS-ın məlumatına görə, Karapetyan parlament seçkilərində müxalifət lideri Nikol Paşinyanın qələbə qazanacağı ehtimalını inandırıcı hesab edib. 
"Yaranmış vəziyyət dalana dirənib. Paşinyan bəyan edib ki, müvəqqəti baş nazir xalqın namizədi, yəni özü olmalıdır. Mən prezidentdən siyasi qüvvələrlə məsləhətləşməyi və yeni parlament seçkilərinin təyin olunmasını xahiş etdim. Əgər Ermənistan vətəndaşları onu seçmək istəsələr, ölkənin baş naziri məhz Paşinyan olacaq”, - deyə Karapetyan bildirib.
Qeyd edək ki, Armen Sarkisyan ölkədə yaranmış mürəkkəb vəziyyəti və çıxış yollarını müzakirə etmək üçün parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrlə məsləhətləşmələrə başlayıb.