Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

"Tsarukyan" Nikol Paşinyanın namizədliyini dəstəkləməyəcəyini açıqlayıb

25-04-2018, 23:14 Baxış: 141
"Tsarukyan" Nikol Paşinyanın namizədliyini dəstəkləməyəcəyini açıqlayıb
"Tsarukyan" bloku Nikol Paşinyanın rəhbərlik etdiyi etiraz hərəkatına qoşulub, lakin bu, onun ölkənin baş naziri vəzifəsinə namizədliyinin qeyd-şərtsiz dəstəklənməsi demək deyil".
Ermənistan KİV-nin verdiyi xəbərə görə, bunu fraksiyanın katibi Vaqe Enfiadjyan deyib.
"Biz ölkənin ikinci siyasi qüvvəsini təmsil edirik.
Biz Nikol Paşinyanla deyil, xalqımızla birlikdəyik və xalqdan aldığımız səsləri heç kimə verməyəcəyik", - o deyib.
Qeyd edək ki, "Tsarukyan" bloku ölkə parlamentində 31 deputatla təmsil olunur.