Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Özbəkistan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qoşulur

30-04-2018, 16:10 Baxış: 184
 
Özbəkistan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qoşulur Özbəkistan hökuməti Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qoşulmaq qərarına gəlib.
Bunu Özbəkistan prezidenti Şövkət Mirziyoyev Daşkənddə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.    
"Prezident Ərdoğanla uzun söhbət etdik. Özbəkistan bayrağı da Şuradakı bayraqlar arasında yer alacaq. Bişkekdəki növbəti toplantıya Özbəkistan da qatılacaq. Bu, önəmli, böyük bir qərardır”, - deyə Ş. Mirziyoyev bildirib.
Qeyd edək ki, R. T. Ərdoğan bu gün Özbəkistana rəsmi səfər edib. İki ölkə arasında 25 rəsmi sənəd imzalanıb.
Xatırladaq ki, 16 sentyabr 2010-cu il tarixində türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında qərar qəbul edilib. Qurumda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur.