Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Paşinyan Sərkisyanı istefaya göndərəcəyini açıqladı

8-05-2018, 14:36 Baxış: 409
Paşinyan Sərkisyanı istefaya göndərəcəyini açıqladıNikol Paşinyanın rəhbərliyi ilə Ermənistanda formalaşdırılacaq yeni hökumətə kimlərin daxil olacağı artıq bəllidir.
Bu barədə informasiyanı "İravunk” qəzeti yayıb.
Paşinyanın Ekologiya naziri vəzifəsini öz partiyasından olan deputat Lene Nazaryana verəcəyi bildirilib: "Vətəndaş Müqaviləsi Partiyasından olan digər deputat Ararat Mirzoyan isə parlamentdə Paşinyanın sadiq nümayəndəsi kimi qalacaq. Müdafiə Nazirliyinə hazırkı Fövqəladə Hallar naziri David Tonoyanın rəhbər gətiriləcəyi gözlənilir. Paşinyanın bu məsələdə ciddi dalanla üz-üzə qaldığı haqqında informasiyalar yayılır. Belə ki, Tonoyan Seyran Ohanyanın nazir olduğu dönəmdə nazir müavini olub və buna görə nə Müdafiə Nazirliyi, nə də ondan kənarda onu yaxşı sözlərlə xatırlayırlar. Bu dalandan əsas çıxış yolunun Paşinyanın tərəfdaşı olan Sasun Mikayelyanın bu vəzifəyə gətirilməsi olduğu iddia olunur. Paşinyan isə bunun həm özü, həm ölkəsi üçün başağrısı olacağını gözəl bilir. Baş nazirin müavini vəzifəsinə iş adamı Xaçatur Sukiasyanın gətirilməsi şayiələri yayılır. Lakin Paşinyan hələ də hazırda bu vəzifəni icra edən Karen Karapetyanın öz vəzifəsində qalacağına ümid edir. Paşinyan Çarukyan Blokunu da Nazirlər Kabinetindən uzaq tutmur. Belə ki, İdman və Gənclər naziri olan Qraçya Rüstəmyan Paşinyan hökumətində yenidən öz vəzifəsini davam etdirəcək”.
 
***
Ermənistan Baş naziri Nikol Paşinyan müdafiə nazirini dəyişəcəyini bildirib. Bunu jurnalistlərə açıqlamasında Paşinyanın özü deyib. O, bu vəzifədə başqasını gördüyünü bildirib. Paşinyan bu vəzifəyə namizədlərin çoxluq təşkil etdiyini deyib. Qeyd edək ki, hazırda Müdafiə naziri olan Vigen Sərkisyan artıq istefa ərizəsini yazıb. Onunla birgə müavinləri də istefa verəcəklərini açıqlayıblar.