Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Paşinyan Şuşaya gəldi

9-05-2018, 14:20 Baxış: 463
Paşinyan Şuşaya  gəldiErmənistanın baş naziri Nikol Paşinyan Xankəndidə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.
Paşinyan daha sonra Saakyanın müşayiəti ilə Şuşaya yola düşüb.
İnformasiyaya əsasən, Ermənistanın yeni baş naziri Xankəndi mətbuat konfransı keçirəcək.
 
***
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün helikopterlə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib.
Bu haqda TASS agentliyinə Paşinyana yaxın mənbə bildirib. "Baş nazir Paşinyan helikopterlə gəldi.
Onu Qarabağın "ali rəhbərliyi” qarşıladı”, - mənbə əlavə edib.
Onun sözlərinə görə, Paşinyanın separatçı qurumun siyasi və hərbi rəhbərliyi ilə görüşləri, həmçinin Xankəndidə mətbuat konfransı planlaşdırılıb.
Qeyd edək ki, Nikol Paşinyan mayın 8-də Ermənistan parlamentində keçirilən səsvermə ilə baş nazi seçilib.