Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Binəli Yıldırım Nikol Paşinyanın bəyanatına münasibət bildirib

11-05-2018, 16:45 Baxış: 326
Binəli Yıldırım Nikol Paşinyanın bəyanatına münasibət bildirib Türkiyənin baş naziri Binəli Yıldırım Ermənistanın yeni baş naziri Nikol Paşinyanın "Türkiyə ilə şərtsiz diplomatik əlaqələr qurmağa hazırıq” açıqlamasına münasibət bildirib.

B. Yıldırım bildirib ki, əvvəlcə Ermənistan uzun illərdir Türkiyənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığına qarşı iddialarından əl çəkməlidir: "Əgər Ermənistan bu iddialarından imtina edərsə və yeni bir səhifə açmaq istəyərsə, bunlarla bağlı detalları görüb, cavab verə bilərik. Biz başda qonşularımız olmaqla, heç kimlə düşmən olmağı arzu etmirik. Belə bir təklif varsa, ölkəmizin maraqları çərçivəsində dəyərləndirə bilərik”.