Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Tbilisidə keçirilən etiraz aksiyasında baş nazirin istefası tələb edilib

12-05-2018, 16:39 Baxış: 394
Tbilisidə keçirilən etiraz aksiyasında baş nazirin istefası tələb edilib
Gürcüstanda gecə klublarında keçirilmiş xüsusi əməliyyata etiraz olaraq paytaxt Tbilisidə, parlament binasının qarşısında aksiya keçirilib.
"Ağ səs-küy” ictimai hərəkatının təşkil etdiyi aksiya "Biz bir yerdə rəqs edirik, bir yerdə mübarizə aparırıq” şüarı altında baş tutub. Aksiyaya "Qirçi” Partiyası, gecə klublarında çalışanlar,
QHT nümayəndələri qatılıb. Onlar gecə klublarındakı reydlərə görə hökuməti tənqid edərək baş nazirin, daxili işlər nazirinin istefasını və zorakılıqda günahı olanların cəzalandırılmasını tələb ediblər. Kutaisi və Batumi şəhərlərində də həmrəylik aksiyaları keçirilib.
Qeyd edək ki, bu gün gecə saatlarında Tbilisidəki "Basiani” və "Gallery” gecə klublarında keçirilmiş xüsusi əməliyyat zamanı 8 narkotik alverçisi saxlanılıb.Tbilisidə keçirilən etiraz aksiyasında baş nazirin istefası tələb edilib Tbilisidə keçirilən etiraz aksiyasında baş nazirin istefası tələb edilib