Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

İlham Əliyev sərəncam imzaladı

15-05-2018, 18:13 Baxış: 261
İlham Əliyev sərəncam imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamın mətnini təqdim edir:
 
1. Avropa Gənclər Olimpiya Festivalının 2019-cu il 20-28 iyul tarixlərində Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov
- Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Təşkilat Komitəsi sədrinin müavini Azad Rəhimov
- Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Təşkilat Komitəsinin üzvləri Yusif Məmmədəliyev
- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Elmar Məmmədyarov
- Azərbaycan Respublikasının xarici işlər naziri Ramil Usubov
- Azərbaycan Respublikasının daxili işlər naziri Kəmaləddin Heydərov
- Azərbaycan Respublikasının fövqəladə hallar naziri Şahin Mustafayev
- Azərbaycan Respublikasının iqtisadiyyat naziri Samir Şərifov
- Azərbaycan Respublikasının maliyyə naziri Mikayıl Cabbarov
- Azərbaycan Respublikasının vergilər naziri Oqtay Şirəliyev
- Azərbaycan Respublikasının səhiyyə naziri Əbülfəs Qarayev
- Azərbaycan Respublikasının mədəniyyət naziri Ramin Quluzadə
- Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ceyhun Bayramov
- Azərbaycan Respublikasının təhsil naziri Səfər Mehdiyev
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Mədət Quliyev
- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Elçin Quliyev
- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Vüsal Hüseynov
- Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Cahangir Əsgərov
- "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev
- "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayev
- "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Çingiz Hüseynzadə
- Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Anar Ələkbərov
- Heydər Əliyev Mərkəzinin direktoru Vüsal Kərimli
- Bakı Nəqliyyat Agentliyinin direktoru Ülvi Mehdiyev
- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ağacan Əbiyev
- Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Xəzər İsayev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azər Əliyev
- Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibinin köməkçisi Fərid Mansurov- Olimpiya çempionu.
2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi 2019-cu il 20-28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.