Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Zaxarova açıqladı: Babçenko öldürüldü...

3-06-2018, 23:41 Baxış: 327
Zaxarova açıqladı: Babçenko öldürüldü...
Rusiyalı jurnalist Aleksandr Babçenko Ukrayna kəşfiyyatının mütləq qurbanıdır.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. "Onun mütləq bir qurban olduğundan əminəm. Babçenkonun əslində öldürülmədiyi deyilərkən, öldürülmüş oldu. Belə bir insan artıq yoxdur. Artıq dünya miqyasında lağ obyektinə çevrilən şəxs var. Söhbət bizim onu dəstəkləməyimizdən getmir. Yazıları ciddiyətlə oxunan, ciddiyə alınan jurnalist artıq yoxdur. Bu mənada Ukrayna kəşfiyyatı onu öldürdü”, - deyə Zaxarova bildirib. Qeyd edək ki, bundan öncə rusiyalı jurnalist Arkadi Babçenkonun qətlə yetirildiyi barədə rəsmi məlumat yayılmışdı.
Bir gün sonra isə bəlli oldu ki, bu, Ukrayna xüsusi-xidmət orqanlarının ssenarisidir.
Belə ki, Babçenkonun qətlinin sifariş edildiyi barədə məlumat alan kəşfiyyat cinayətkarların ələ keçirilməsi üçün bu variantdan istifadə edib.