Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanda səfərdədir

13-06-2018, 10:28 Baxış: 282
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanda səfərdədir
ATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Ermənistanda səfərdədir.
"Armenpress”in verdiyi məlumata görə, vasitəçilər Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüblər.
Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə, danışıqlar prosesinin irəli aparılması imkanlarına dair fikir mübadiləsi aparıblar.
Z. Mnatsakanyan Ermənistanın münaqişənin ATƏT Minsk qrupu çərçivəsində yalnız sülh yolu ilə həllinə sadiq olduğunu bildirib.
Həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi Anjey Kaspşik müşayiət edir.
Həmsədrləri Azərbaycana səfəri nəzərdə tutulmayıb.