Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Paşinyan həddini aşdı - Bakıya qarşı... - VİDEO

16-06-2018, 22:55 Baxış: 594
Paşinyan həddini aşdı - Bakıya qarşı... - VİDEO
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri zamanı cəbhənin təmas xəttində olub.
Bu barədə Paşinyanın Mətbuat Xidməti məlumat yayıb.
Paşinyanı səfəri zamanı qondarma rejimin rəhbəri Bako Saakyan, Ermənistanın Müdafiə naziri David Tonoyan, Ermənistanın Baş Qərargah rəisi Artak Davtyan, Ermənistan Baş Qərargahının Baş inspektoru Movses Akopyan, qondarma rejimin Müdafiə naziri Levon Mnatsakanyan müşayiət edib.
***
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib. Paşinyan Xankəndində qondarma rejimin rəhbəri Bako Saakyanla görüşüb. Bundan sonra o, Saakyanla birgə Xocavənd rayonunun Çartar kəndindəki Surb Vardanank kilsəsinin açılışına yollanıb. Qeyd edək ki, bu kilsənin tikilişinə pulu 2014-cü ildə əslən erməni olan rusiyalı iş adamı Vladimir Avaqyan ayırıb.
 
***
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olan Qarabağa gedib. "Novosti Armeniya” xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Arman Yehoyan məlumat yayıb. Onun sözlərinə görə, baş nazirin bir günlük səfərinə dair mediaya daha sonra geniş informasiya veriləcək.
Paşinyan həddini aşdı - Bakıya qarşı... - VİDEO
Paşinyan həddini aşdı - Bakıya qarşı... - VİDEO