Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Türkiyədə seçkilər - hakimiyyət və müxalifət yeniləndi

25-06-2018, 18:19 Baxış: 208
Türkiyədə seçkilər - hakimiyyət və müxalifət yeniləndi
Türkiyədə konstitusiyaya edilən əlavə və dəyişikliklərdən sonra ilk dəfə olaraq, parlament və prezident seçkiləri keçirilib.
Yeni konstitusiyaya əsasən, ölkə parlamentar idarəetmədən prezidentlik formasına keçib.
Yeri gəlmişkən, 1980-ci il sentyabrın 12-dəki çevrilişdən başlayan, 2016-cı il iyulun 15-dəki cəhdə qədər olan dövrdə idarəetmədəki ziddiyyətlərin yeni konstitusiya islahatını zəruri etdiyi bildirilirdi. 2014-cü ildə dövlət başçısını Türkiyədə ilk dəfə xalqın seçməsi ilə sistemdəki böhranı dərinləşmişdi, səlahiyyət və məsuliyyət məsələsində ziddiyyətlər ortaya çıxmışdı.
Odur ki, Türkiyə Konstitusiyasının 18 maddəsinə əlavə və dəyişikliklər edildi. Əsas yenilik isə bundan sonra icra səlahiyyətlərinin yalnız prezidentə aid olmasıdır.
Ölkədə baş nazir vəzifəsi ləğv olunub, prezidentin bir çox səlahiyyəti artırılıb, ona partiya üzvü olmaq hüququ verilib.
Eyni zamanda prezident həm dövlət, həm də hökumət başçısı olacaq. Seçkilərdən sonra Türkiyədə hökumət üzvlərinin sayının 21-dən 14-dək ixtisar ediləcəyi gözlənilir.
Bəzi nazirliklər birləşdiriləcək, bəzilər isə ləğv ediləcək. Baş nazirin 5 müavini avtomatik olaraq, ixtisara düşəcək. Vitse-prezidentlərin sayının 2 və daha çox ola bilər.