Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Küveyt baş naziri Azərbaycan Prezidentinə məktub göndərdi

26-06-2018, 14:46 Baxış: 96
Küveyt baş naziri Azərbaycan Prezidentinə məktub göndərdiKüveyt Dövlətinin baş naziri Cabir əl-Mübarək əl-Həməd əl-Sabah Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq hissi duyuram. Bu fürsətdən istifadə edərək, dost xalqlarımız arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrindən məmnunluğumuzu bildirirəm.

Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına daha böyük tərəqqi və rifah arzulayıram".