Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Minskdə həmsədrlərin iştirakı ilə Qarabağ müzakirəsi

27-06-2018, 15:38 Baxış: 146
Minskdə həmsədrlərin iştirakı ilə Qarabağ müzakirəsiATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik Belarusun xarici işlər naziri Vladimir Makey ilə görüşüb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə göstərdikləri səylər və münaqişə zonasında vəziyyət barədə naziri məlumatlandırıblar. 
Görüş zamanı aktual məsələlər ATƏT-in Minsk qrupunun fəaliyyəti, eləcə də Belarusun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə mümkün töhfəsi müzakirə olunub. 
ATƏT-in Minsk qrupunun həməsdrləri səfər çərçivəsində, həmçinin Belarusun xarici işlər nazirinin müavini Oleq Kravçenko ilə görüşüblər.