Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Bakıda keçirilmiş hərbi parad Ermənistanda təlaş yaradıb - VİDEO

27-06-2018, 23:55 Baxış: 260
Bakıda keçirilmiş hərbi parad Ermənistanda təlaş yaradıb - VİDEO
Ötən gün Bakıda keçirilmiş möhtəşəm hərbi parad erməniləri əməlli-başlı təşvişə salıb.
Ermənistanın sadə vətəndaşları ilə yanaşı, iqtisadi və siyasi dairələri də təşvişini gizlədə biməyib. Narahatlıqlarını isə sərsəm şərhlər verməklə nümayiş etdiriblər. Ötən gün keçirilən hərbi paradda nümayiş olunan silah-sursat və texnika erməni saytlarında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Ermənistanın sadə vətəndaşından tutumuş, iqtisadi və siyasi dairələri də təşvişini gizlədə biməyib. Ermənistan Xarici İşlər və Müdafiə nazirliklərinin mətbuat xidmətləri də sosial şəbəkələrdə paradı özlərinə məxsus sərsəm şəkildə şərh ediblər. Onlar qeyd ediblər ki, guya Azərbyacanın hərbi qüdrəti aşağıdır. Bu silah və texnikanın nümayişi də pafos və propaqandadır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev isə deyir ki, erməni rəsmi dairələrinin bu açıqlaması onların necə təşviş içində olduğundan xəbər verir. Himkət Hacıyev qeyd edib ki, Ermənistan tərəfi Azərbaycanın artan hərbi qüdrətindən narahatlıq keçirməmək üçün işğal etdiyi ərazilərdən çıxmalıdır. Əks halda Ermənistan tərəfi hələ çox təşviş keçirəcək.