Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

“Ermənistan ATƏT-in Vyana sənədinin tələblərini pozur”

28-06-2018, 17:25 Baxış: 159
“Ermənistan ATƏT-in Vyana sənədinin tələblərini pozur”Azərbaycan Silahlı Qüvvələrinin planlaşdırdığı hərbi təlimlərə dair Ermənistan XİN-nin verdiyi şərhin cavabı çox gecikməyib.
Bununla əlaqədar Azərtbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a bildirib:
"BMT Nizamnaməsini və Helsinki Yekun Aktını kobud şəkildə pozan Ermənistan gücdən istifadə edərək, Azərbaycanın suveren ərazilərini işğal edib. Ermənistan işğal olunmuş əraziləri işğalda saxlamaqla və burada qanunsuz hərbi fəaliyyəti davan etdirməklə ATƏT-in Vyana sənədi üzrə etimad və təhlükəsizlik tədbirləri rejiminin əsasını təşkil edən suverenlik, ərazi bütövlüyünə hörmət, silahlı qüvvələrin ölkə ərazisində yalnız qəbul edən dövlətin razılığı ilə yerləşdirilməsi kimi əsas prinsiplərini pozur. Həmçinin, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində külli miqdarda hərbi texnika və şəxsi heyət cəmləşdirməklə özünün hərbi potensialının əhəmiyyətli hissəsini nəzarət rejimindən gizlədir. Nəticədə Vyana sənədi üzrə qarşılıqlıq prinsipinə zidd olaraq Ermənistan öz hərbi potensialı və fəaliyyəti barəsində qeyri-düzgün məlumat verməkdə davam edir və öhdəliklərini kobud şəkildə pozur. Ermənistanın bu cür davranışı məsuliyyətsizlik, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlikdir.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğalda saxlamaqda davam etməsi və bu əsnada Ermənistan tərəfindən Azərbaycana qarşı gücdən istifadə edilməsinin davam etdirilməsi regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdid olaraq qalmaqda davam edir.