Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

DSMF-NİN İKİ RAYON ŞÖBƏSİNİN MÜDİRİ İŞDƏN ÇIXARILIB

30-06-2018, 10:53 Baxış: 239
DSMF-NİN İKİ RAYON ŞÖBƏSİNİN MÜDİRİ İŞDƏN ÇIXARILIB
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi(ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Kürdəmir və Abşeron rayon şöbələrinin müdiri işdən çıxarılıb.
Bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, İlkin İbadulla oğlu İbrahimov DSMF-nin Kürdəmir rayon şöbəsinin sədri vəzifəsindən azad edilib və onun səlahiyyətlərinin icrası müvəqqəti olaraq həmin qurumun sosial mavinət sektorunun müdiri Hamil Hidayətova tapşırılıb. Bundan başqa, DSMF-nin Abşeron rayon şöbəsinin müdiri Coşqun Qasımov vəzifəsindən azad edilib və onun yerinə İlkin İbrahimov təyin olunub.
Qeyd edək ki, bundan əvvəl DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsindən azad edilib və onların yerinə müvəqqəti təyinatlar olub.