Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Saakaşvili oğlunu evləndirdi, yəhudilərlə qohum oldu

2-07-2018, 14:04 Baxış: 218
Saakaşvili oğlunu evləndirdi, yəhudilərlə qohum oldu
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ABŞ-da yaşayan böyük oğlu Eduard ailə həyatı qurub.
Eduard Saakaşvili əslən yəhudi ailəsindən olan qızla evlənib. ABŞ-da keçirilən toya gedən Mixail Saakaşvili gənclərin evliliyi ilə bağlı açıqlama verib: "Gəlin çox yaxşı qızdır. Onun hansı millətdən olması önəmli deyil.
Onun ailəsi çox yaxşıdır və dostsevərdir”.
Qeyd edək ki, Eduard Saakaşvili keçən il ABŞ-da təhsilini qurtardıqdan sonra Pensilvaniyada radiojurnalist kimi işləməyə başlayıb.
Mixail Saakaşvilinin kiçik oğlu Nikoloz isə anası - əslən holland olan Sandra Rulovsla birgə Tiflisdə yaşayır.
Mixail Saakaşvilinin özü isə həyat yoldaşının vətənində yaşayır.