Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Milli Məclisin xanım deputatına yeni vəzifə verildi

2-07-2018, 20:58 Baxış: 263
Milli Məclisin xanım deputatına yeni vəzifə verildiAzərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə yeni sədr müavini təyin olunub.
Nümayəndə heyətinin tərkibinə rotasiya qaydasında dəyişiklik edilib. Belə ki, deputat Sevinc Fətəliyeva Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti sədrinin müavini təyin edilib. Qeyd edək ki, bundan əvvəl Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədrinin müavini Vüsal Hüseynov idi.
O, ölkə başçısının imzaladığı sərəncamla Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib. Hazırda Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə aşağıdakı deputatlar daxildir: Səməd Seyidov (sədr), Sevinc Fətəliyeva (sədr müavini), Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Elşad Həsənov, Rəfael Hüseynov, Çingiz Qənizadə, Ülviyyə Ağayeva, Asim Mollazadə, Naqif Həmzəyev.