Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

ABŞ Çinin nüvə arsenalını açıqladı

3-07-2018, 12:03 Baxış: 139

ABŞ Çinin nüvə arsenalını açıqladıAmerika ekspertləri hesab edirlər ki, Çinin nüvə arsenalı 280 döyüş başlığından ibarətdir.

Bu haqda "Bulletin of the Atomic Scientists” akademik jurnalı bildirib.

"Çin 1980-ci illərdə başlanmış nüvə silahının müasirləşdirilməsi proqramını davam etdirir”, - xəbərdə deyilir.

Onların qiymətləndirmələrinə görə, Çində, xüsusi halda, hərbi gəmilərdə 48 ballistik raket var.

"Sakit okean regionunda ABŞ-ın raket əleyhinə müdafiə sistemini genişləndirməsinə cavab olaraq, Çin qitələrarası ballistik raketləri müxtəlif hərbi yüklərlə təchiz edib”, - ekspertlər qeyd edirlər.