Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

“Kipr bizim milli savaşımızdır” - Ərdoğan

11-07-2018, 09:04 Baxış: 167
“Kipr bizim milli savaşımızdır” - Ərdoğan"Qarşıdakı dövrdə hədəfimiz Şimali Kiprdə adambaşına düşən gəliri ikiqat artırmaqdır. Kipr bizim milli savaşımızdır”. Bunu Azərbaycandan birbaşa Şimali Kipr Türk Cümhuriyyətinə gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı ilə birgə mətbuat konfransında Rəcəb Tayyib Ərdoğan bildirib ki, Kipr probleminin ədalətli və daimi həll yolu tapılması əsas məqsəddir: "Türkiyə Kipr xalqının münaqişənin qurbanı halına düşməsinə göz yummayacaq. Türkiyə Kipr türklərinin Yunan Kipr dövlətində milli azlıq halına gətirilməsinə əsla icazə verməyəcək".