Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Milli Məclisin payız sesssiyasının ilk iclasının vaxtı dəyişəcək

13-07-2018, 12:12 Baxış: 254
Milli Məclisin payız sesssiyasının ilk iclasının vaxtı dəyişəcəkMilli Məclisin payız sesssiyasının ilk iclasının vaxtında dəyişiklik ediləcək.
Sentyabrın 30-u istirahət gününə düşdüyündən parlamentin payız sessiyasının ilk iclasının oktyabrın 1-də keçirilməsi nəzərdə tutulur.
Milli Məclisinin Daxili Nizamnaməsində göstərilib ki, Konstitusiyanın 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq parlament hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.
Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Qeyd etdiyimi kimi, bu il sentyabrın 30-u istirahət gününə düşdüyündən parlamentin payız sessiyasının ilk iclasının oktyabrın 1-də keçirilməsi nəzərdə tutulur.
Milli Məclis hazırda yay tətilindədir. Deputatlar iyulun 15-dən rəsmən məzuniyyətdə sayılacaqlar.