Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Mariya Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə münasibət bildirib

18-07-2018, 18:34 Baxış: 213
Mariya Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə münasibət bildiribRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüsseldə keçirilən son görüşünü şərh edib.
Rusiya XİN-in sözçüsü ölkəsinin iştirakı olmadan keçirilən ikitərəfli görüşləri şərh etmədiklərini söyləyib: "Lakin nəzərə alsaq ki, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu mövzu ilə əlaqəsi var, ona görə də, hesab edirik ki, tərəflərin hər hansı konstruktiv təması bu münaqişənin həlli ilə bağlı əsas məqsədə çatmağa kömək etməlidir. Bir daha qeyd etmək istəyirəm ki, görüşün yekunlarını, nə qədər məhsuldar, faydalı və perspektivli olduğunu görüşün iştirakçıları şərh etməlidirlər. Biz hər iki tərəfin münaqişənin nizamlanması istiqamətində atılan addım kimi və ya heç olmasa dialoqun davamı kimi qiymətləndirdiyi hər şeyi alqışlayırıq".