Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Azərbaycan Almaniyanın Cənubi Qafqazda əsas tərəfdaşıdır - Elmar Məmmədyarov

30-06-2016, 15:26 Baxış: 350
Azərbaycan Almaniyanın Cənubi Qafqazda əsas tərəfdaşıdır - Elmar Məmmədyarov
Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerlə xarici işlər naziri Elmar Məmmədyarov arasında ikitərəfli görüş keçirilib.
Tezis.Az xəbər verir ki, görüşdən sonra mətbuat konfransında jurnalistlərə açıqlama verən Elmar Məmmədyarov bildirib ki, Azərbaycan-Almaniya münasibətləri, əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Azərbaycan Almaniyanın Cənubi Qafqazda əsas tərəfdaşıdır", deyə vurğulayan  E.Məmmədyarov bir çox iqtisadi, ticarivə enerji layihələri üzərində əməkdaşlığın genişləndiriləcəyini bildirib.

Azərbaycanda UNESKO-nun əbədi irs siyahısına salınmış bəzi Alman abidələrinin bərpa işləri barədə məlumat verən nazir görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin son görüşünün də müzakirə edildiyini bildirib.

Azərbaycan XİN başçısı 2017-ci ildə almanların Azərbaycana köçürülməsinin 200 illiyinin qeyd olunacağını, Azərbaycanda alman irsinin qorunması üçün müvafiq tədbirlərin və işlərin həyata keçiriləcəyini vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in fəallıq göstərməsinin vacibliyiniin vurğulandığı müzakirədə  prezidentlərin son görüşünün münaqişənin həllinə töhfə olaraq dəyərləndirilib: "Azərbaycan birmənalı formada Ermənistan qoşunlarının işğal altında olan torpaqlarından çıxarılmasını tələb edir”.

F. V. Ştaynmayerin region səfəri ötən gün Ermənistanla başlayıb. Bu gün o Azərbaycana gəlib. Sabah isə Gürcüstana gedərək ATƏT PA-nın illik sessiyasına qatılacaq.