Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Putin Gürcüstan dövlətini ləğv etmək istəyirdi - Saakaşvili

6-08-2018, 15:37 Baxış: 113
Putin Gürcüstan dövlətini ləğv etmək istəyirdi - Saakaşvili2008-ci ildə Gürcüstana hücumun hədəfi ölkənin işğalı idi. Bunu "Currenttaym” portalına açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. "Gürcüstanın hazırda Rusiyadan müdafiə olunmaq üçün heç bir strategiyası yoxdur. Anlamaq lazımdır ki, Rusiyanın 2008-ci ildəki hücumunun hədəfi nə idi. Bu işğal cəhdi o zaman uğurlu islahatlar həyata keçirən gürcü dövlətçiliyinə hücum idi. Ovaxtkı hədəf Tiflisdə hakimiyyət dəyişikliyinə nail olub, Gürcüstanı dövlət kimi ləğv etmək idi. Yalnız tam axmaqlar deyə bilərlər ki, 2008-ci il müharibəsini Gürcüstan başladıb. Bunu rus analarından, səhər saat üçdə Gürcüstan ərazisinə alayı ilə birgə daxil olan polkovnik Kazaçenkodan (58-ci ordunun 135-ci motoatıcı alayının komandiri - red.) soruşun”, - o bildirib.