Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Ermənistanda məhkəmə Robert Koçaryanın həbsinin qeyri-qanuni olduğuna dair qərar çıxarıb - Video

Ermənistanda məhkəmə Robert Koçaryanın həbsinin qeyri-qanuni olduğuna dair qərar çıxarıb - Video
Ermənistan Apellyasiya Məhkəməsi ölkənin keçmiş prezidenti Robert Koçaryanın həbsinin qeyri-qanuni olduğunu dair qərar çıxarıb.
Bu barədə Ermənistan KİV-ləri xəbər verir.
Qeyd edək ki, sabiq prezidentin vəkilləri həbsin qanunsuzluğuna dair şikayət ərizəsini avqustun 10-da veriblər. Xatırladaq ki, bu ilin iyulun 26-da Xüsusi İstintaq Xidməti 2008-ci il martın 1-də etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi çərçivəsində R.Koçaryana qarşı Konstitusiya quruluşunun devirilməsi ittihamını irəli sürüb.
Bundan bir gün sonra o, iki ay müddətinə həbs olunub.