Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Prezident seçkilərinin ikinci turunda Timoşenko və Poroşenko mübarizə aparacaqlar - SORĞU

10-09-2018, 11:09 Baxış: 130
Prezident seçkilərinin ikinci turunda Timoşenko və Poroşenko mübarizə aparacaqlar - SORĞU
Ukraynada prezident postuna potensial namizədlər siyahısına sabiq Baş nazir, "Batkivşina” partiyasının lideri Yuliya Timoşenko və hazırkı dövlət başçısı Petro Poroşenko liderlik edirlər.
Mixail Draqomanov adına Sosioloji Mərkəzin apardığı sorğuya əsasən, respondentlərin 15,7 faizi Y.Timoşenkoya, 12,3 faizi isə P.Poroşenkoya səs veriblər.
Mərkəzin proqnozuna görə, hər iki namizəd ikinci turda yarışmalı olacaq. Prezidentliyə iddialı namizədlərdən üçüncü yeri isə sabiq müdafiə naziri, "Qrajdanskaya pozitsiya” partiyasının rəhbəri, deputat Anatoliy Qriçenko tutur.
O, daha çox qərbi Ukraynadan dəstək alıb.