Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Razılaşma əldə edildi: Putinin iki şərti nədir? – İsti şərh

18-09-2018, 09:22 Baxış: 234
Razılaşma əldə edildi: Putinin iki şərti nədir? – İsti şərh
Bütün hallarda bugünkü razılaşma həm Türkiyənin, həm də Rusiyanın xeyrinədir.
Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Tehranda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı eşitmədi: "Onun Suriyanın İdlib şəhəri üçün atəşkəs istəyinə 3 dəfə ”yox” dedi. Tehranda bir az dərinə getsəydilər, Astana prosesi (Türkiyə-Rusiya-İran dialoqu) dağılacaqdı. Bu gün Ərdoğan yenə Putinlə görüşdü.
Bu dəfə Putin Ərdoğanın arqumentlərini qəbul etdi.
Rusiya İdlibə hücum etməyəcək. Bunun əvəzinə rusiyalı və türkiyəli hərbçilər İdlib ətrafında təhlükəsizlik zolağı yaradacaqlar.
Ancaq Putinin iki şərti yenə gündəmdədir. Birinci şərt: İdlib istiqamətindən Rusiyanın Suriyadakı hərbi bazalarına hücum təhlükəsi olmamalıdır.
İkinci şərt:
İdlibdəki terrorçular ağır silahları ərazidən çıxartmalı, bir müddət sonra isə özləri də şəhəri tərk etməlidirlər”.
Politoloq vurğulayıb ki, hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək:
"Rusiya İdlibə hücum etməyib terrorçuların bölgəni tərk etməsinə nail olarsa, həm Qərbin təzyiqlərindən yaxa qurtaracaq (çünki hücum olsaydı, çox sayda insan öləcəkdi), həm də Suriyada hərbi varlığını gücləndirəcək.
Türkiyə isə İdlibə hücumun qarşısını almaqla həm qətliamı önlədi, qaçqın axını ilə üzləşməyəcək, həm də Suriyadakı hərbi varlığını Rusiya ilə birgə gücləndirəcək”.