Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Leyla İmanova “Qızıl xaç” ordeni ilə təltif edildi - Foto

22-10-2018, 21:02 Baxış: 402
Leyla İmanova “Qızıl xaç” ordeni ilə təltif edildi - Foto
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası (MEK) və Macarıstanın Azərbaycandakı səfirliyi "Macarıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına Mərkəzi Elmi Kitabxananın töhfəsi” adlı tədbir keçirib. Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi tədbirdə çıxışı zamanı MEK-lə olan əməkdaşlıqdan söz açıb. O, qarşılıqlı əməkdaşlığın Azərbaycan-Macarıstan mədəni əlaqələrinin inkişafına böyük töhfə verdiyini vurğulayıb:
"Biz qürur duyuruq ki, Mərkəzi Elmi Kitabxanada Macarıstanın kitab guşəsi var, burada böyük macar alimi, türkoloq Georq Hazainin həyat və fəaliyyətinə dair, həmçinin Macarıstanın tarixi ilə bağlı kitablar mövcuddur”.
Daha sonra MEK-in direktoru Leyla İmanova Macarıstan-Azərbaycan ikitərəfli elmi-mədəni əlaqələrin genişləndirilməsinə, Macarıstan qarşısındakı xidmətlərinə görə Macarıstanın "Qızıl xaç” ordeni ilə təltif edilib.
Sonda tədbir iştirakçıları Macarıstan mədəniyyəti, tarixi, incəsənəti haqqında kitablar, eləcə də macar dilində nəşr edilmiş və Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən kitabxanaya hədiyyə edilmiş kitablardan ibarət sərgi ilə tanış olublar.
Qeyd edək ki, 2015-ci ildən başlayaraq MEK-də "Mədəniyyətlərarası dialoqun gücləndirilməsində Azərbaycan mədəni irsinin təbliğinin rolu” mövzusunda sərgi, "Macarıstan türkologiyası və Azərbaycan” mövzusunda konfrans və s. işlər həyata keçirilib.
Hazırda MEK AzVikipediyada Macarıstan tarixi və mədəniyyətinə aid 100 məqalənin hazırlanıb yerləşdirilməsi layihəsi üzərində çalışır.
Leyla İmanova “Qızıl xaç” ordeni ilə təltif edildi - Foto
Leyla İmanova “Qızıl xaç” ordeni ilə təltif edildi - Foto