Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Gürcüstanda "exit-pollar"ın nəticələri açıqlanıb

28-10-2018, 20:30 Baxış: 318
Gürcüstanda "exit-pollar"ın nəticələri açıqlanıbGürcüstanda prezident seçkiləri ilə bağlı keçirilmiş "exit-pollar"ın nəticələri açıqlanıb.
"Rustavi2” televiziya kanalının sifarişi əsasında keçirilmiş "exit-poll"un nəticəsinə əsasən, prezident seçkilərinin ikinci turu gözlənilir. "Exit-poll"a əsasən, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze və müstəqil namizəd Salome Zurabişvilinin hər biri 40% səs toplayıb.
Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradzenin topladığı səs isə 10% təşkil edib. "Exit-poll"u "Edison Research” təşkilatı keçirib və nəticələr saat 16:00-a aiddir. Hakim Gürcü Arzusu Partiyasının keçirdiyi "exit-poll"un nəticələrinə görə isə S.Zurabişvili 52,3%, Q.Vaşadze 28,1%, D.Bakradze isə 9,2% səs toplayıb. Partiyanın sifariş etdiyi "exit-poll"u "Psycho-Project” təşkilatı həyata keçirib. Bir az əvvəl Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb.