Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Gürcüstanın taleyi necə olacaq? - Vaşadze seçilərsə...

Gürcüstanın taleyi necə olacaq? - Vaşadze seçilərsə...Gürcüstandakı seçkilərdən sonra yaranmış vəziyyət "fırtına öncəsi səssizliyi” ağıllara gətirir. Gerçək budur ki, Gürcüstanda təzə inqilab yetişir.
Bu inqilab yenə də Sakaşvilinin adıya bağlıdır. Sakaşvilinin "böyük qayıdışı” bu inqilabın əsas məqsədlərindən biridir. Gürcüstanda xalq nə istəyir?İvanaşvilidən narazılğın səbəbləri nələrdir? Zurabişvilinin ilk turdakı uğursuzluğunun əsas səbəbləri nədir? Gürcüstan siyasi həyatında azərbaycanlı faktorunun təsiri Gürcüstanda xalq nə istəyir? Ölkədə baş verənləri anlamaq üçün ilk əvvəl məhz xalqın istək və arzularını nəzərə almalıyıq. Xalq isə İvanaşvili hakimiyyətindən narazıdır. Bunun əsas səbəbi İvanaşvilinin hakimiyyətə gəldikdən bu yana xüsusən ölkə daxilindəki "yuxarı təbəqənin” maraqlarını daha çox müdafiə etməsi və Rusiya ilə yaşanan gərginliklərin aradan qaldırılmasından tərəf olmasıdır. Xalq hökümətdən üç şeyi tələb edir: Orta və aşağı sinifin sosial rifahının təmin edilməsi üçün real addımlar atılması, Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi və Avropa Birliyi və NATO sisteminə inteqrasiyanın tez bir zamanda başa çatması. İvanaşvili hahimiyyətindəndən narazılğının və seçkilərdə uğursuzluğun əsas səbəbləri. İvanaşvili isə onun partiyasını dəstəkləkləyən gürcü milyonçularının maraqlarının əksinə çıxmır. Ən əsası İvanaşvili Rusiya ilə olan problemləri həll etmək niyyətindədir. Rusiya və İranla əməkdaşlıq etmək, Abxaziyaya dəmir yolu çəkdirmək və bu kimi xalqın etimadını itirməklə nəticələnə biləcək radikal dəyişikliklərlə barədə fikirlərin İavaşvili və onu dəstəkləyən millət vəkilləri tərəfindən səsləndirilməsi "Gürcü Arzusu” blokunun ilk turda uğursuzluğunun əsas səbəbi hesab edilə bilər. İvanaşvilin bu uğursuz addımları prezident seçkilərində dəstəklədiyi Zurabişviliyə təsirsiz ötüşmədi. Amma heç Zurabişvilidə dinc durmadı. "Rusiya ilə müharibənin əsas günahkarı Sakaşvilidir” deyərək Rusiyanın hərbi müdaxiləsinə bir növ haqq qazandırdı. (Zurabişvilinin müharibənin günahkarı kimi Sakaşvilini göstərməsi o mənaya gəlir ki, "ilk hücumu Gürcüstan edib və Rusiya özünü müdafiə edib”. Bu isə Gürcüstanın illərdir beynəlxalq aləmin dəstəyini qazanmuq həyata keçirilən "rus işğalı” prooaqandasında xələl gəitən kobud siyasi səhvdir). Daha sonra isə Salome Zurabişlvili Gürcüstanda yaşayan ermənilərlə görüşdə Azərbaycanın və Türkiyənin ünvanına xoş olmayan açıqlamalar verdi. Bu addım isə Gürcüstanda yaşayan 235 mindən çox azərbaycanlının seçkilərdə onu deyil, Sakaşvilinin namizədi olan Vaşadzeni dəstəkləməsinə səbəb oldu. (Seçkilərdəki dəstəklərinə görə Sakaşvili şəxsən video-müraciətlə azərbaycanlılara təşəkkür etdi) II tur seçkiləri və Gürcüstanın gələcəyi.Hadisələrin inkişafı ondan xəbər verir ki, Gürcüstanda II tur seçkilərində böyük bir ehtimalla Sakaşvilinin dəstəklədiyi Vaşadze zəfər çalacaq. Bu halda Gürcüstanı bir hakimiyyət böhranı gözləyir. Çünki prezident müxalifətdən, baş nazirsə iqtidardan seçilmiş liderlər olacaq. Onların uzlaşması isə çətin məsələdir. Ona görə də eynən Ermənistanda müşahidə edilən növbədənkənar parlament seçkiləri Gürcüstanda da baş tuta bilər. Daha doğrusu əgər prezident Vaşadze seçilsə baş tutmalıdır. Baxmayaraq ki, Gürcüstan parlamentar respublikadır və buarada prezidentin səlahiyyətləri məhduddur, bununla belə, siyasi uzlaşmanın olmaması qərarların qəbul edilməsi və dövlət idarəçiliyi məsələlərində ciddi problemlər yarada bilər. Nəticə etibarı ilə bu seçkilər birdaha göstərdi ki, Gürcüstan azərbaycanlıları Gürcüstanın siyasi həyatında çox ciddi rola və təsirə sahibdir. Fikrimcə, orada yaşayan soydaşlarımıza rəsmi Bakı diaspora və müxtəlif diplomatik qurumlar vasitəsilə hər cürə dəstəyi göstərməlidir. Çünki Gürcüstan Azərbaycan üçün həm siyasi, həm də iqtisadi cəhətdən çox önəmli müttəfiqdir və burada ermənipərəst qüvvələrin möhkəmlənməsinə yol vermək olmaz.