Bakı 12° C Temperatur

78

5m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

Zahid Oruc, Zakir Həsənova verdiyi ordenə görə təşəkkür etdi

12-11-2018, 20:02 Baxış: 330
 Zahid Oruc, Zakir Həsənova verdiyi ordenə görə təşəkkür etdi
Azərbaycanın müdafiə naziri Zakir Həsənov noyabr ayının 12-də bir qrup deputatı "Azərbaycan Ordusunun 100 illiyi medalı” ilə təltif edib.
Təltif olunanlar arasında Milli Məclis üzvü Zahid Oruc da var.
Bununla bağlı Z.Oruc müdafiə nazirinə təşəkkür edib.
Deputatın fikirlərini təqdim edirik:
"12 noyabr tarixində - müstəqilliyimizin və azadlığımızın simvolu olan Konstitusiyanın qəbulu günündə "Azərbaycan Ordsunun 100 illiyi medalı” ilə təltif olunmaq şəxsimiz adına gerçəkdən də qürurvericidir.
Bizlər böyük Heydər Əliyevin sərkərdəlik hünəri ilə formalaşan Azərbaycan Silahlı Qüvvələrinin rəhbərinin qərarı ilə qazandığımız mükafatları millətimiz qarşısında yerinə yetirdiyimiz şərəfli vəzifənin daha da məsuliyyətlə davam etdirilməsi hadisəsi kimi dəyərləndiririk.
4 ay öncə, iyul ayının 2-də hörmətli daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən "Azərbaycan polisinin yaradılmasının 100 illiyi” ilə əlaqədar medalla təltif edilərkən bizlərin hər biri millətimizin azadlığı və təhlükəsizliyinin təmin olunmasında daxili işlər orqanlarının nə qədər əhəmiyyətli yer tutduğunu yaxşı başa düşürdük. Bir əsrlik yaşı olan Azərbaycan polisinin son 27 ildə dövlətimizə sədaqət və peşəkarlıqla xidmət etməsi təkcə hakimiyyət orqanları tərəfindən deyil, eləcə də xalqımızın hər bir sıra nəfərinin ədalətli qiymətini alıb, ehtiram və hörmətinin sabit ünvanına çevrilib. İndi hörmətli Ramil Usubovdan sonra dəyərli Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ordumuzu sevən, ona mənəvi və siyasi yardımını əsirgəməyən insanlara verdiyi dəyəri rəsmi əmrə və qərara çevirməsi əsil dövlətçilik ənənələrinin formalaşdığını əyani sübut edir. Son 5 ildə Silahlı Qüvvələrimizin Vətənin keşiyində daha rəşadət və igidliklə dayanması, Azərbaycanın torpaq bütünlüyü yolunda müqəddəs döyüşə hazır olduqlarını nümayiş etdirməsi danılmaz həqiqətlərdir. Çünki Zakir Həsənov özü səngərdə əsgərin və zabitin taleyini bölüşən rəhbərdir və onun əzmkarlıqla, böyük inam hissi ilə çalışması ilk növbədə, prezidentimiz və xalqımızın qarşısında tarixi bir vəzifəni yerinə yetirdiyini başa düşməsinin göstəricidir.
"Zakir Həsənovun ordumuzu sevən, ona mənəvi və siyasi yardımını əsirgəməyən insanlara verdiyi dəyəri rəsmi əmrə və qərara çevirməsi əsil dövlətçilik ənənələrinin formalaşdığını əyani sübut edir” Bəli, indi inamla demək olar ki, 100 il ərzində döyüş meydanlarında bir millətin nizamlı ordu kimi çıxış edəcəyinə yönələn şübhələr tamamilə yerlə-yeksan oldu.
Müasir texnika və texnologiyaya sahib olan, təlimlərdə qüvvə toplayan ordumuz nəinki Cümhuriyyət dövrü, eləcə də 90-cı illərdəki silahlı hərbi dəstələrdən qat-qat güclüdür.
15 sentyabrda Azadlıq meydanında şərəflə addımlayan ordumuz hamımızın qürur mənbəyidir.
Ona görə də Ali Baş komandan İlham Əliyevin əmri həm silahlı, həm də silahsız ordular üçün qeyd-şərtsiz yerinə yetirilməli olan qanun qüvvəsinə malikdir. Siyasi məkanda və parlamentdə özünü vətənin döyüşçüsü kimi hiss etmək ordumuzun sıralarında olmağa bərabər bir hadisə sayılmalıdır.
Ona görə Bayrağı, Torpağı və Konstitusiyanı qoruyan əsgər və zabitlərimizə ən xoş arzularımızı dilə gətirir, bir xalqın layiq olduğu bütövlüyü və toxunulmazlığı naminə Azərbaycan ordusuna daimi qələbələr arzulayırıq”.
 Zahid Oruc, Zakir Həsənova verdiyi ordenə görə təşəkkür etdi