Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

İlham Əliyev bu şəxsləri təltif etdi - Sərəncam

İlham Əliyev bu şəxsləri təltif etdi - Sərəncam
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mahir Quliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətnini təqdim edir: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahir Hacı oğlu Quliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin. Qeyd edək ki, M.Quliyev Biləsuvar İH-nin başçısıdır.
***
Prezident İlham Əliyev Ə.R.Rəhimlinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə Əkrəm Rəhim oğlu Rəhimli "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.
***
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər: "Şöhrət” ordeni ilə Əlibəyov İnqilab Vəlibəy oğlu "Tərəqqi” medalı ilə Abıyev Aydın Müstəcəb oğlu Cəfərov Vilayət Abbasqulu oğlu Həsənova Esmeralda Yusub qızı.
***
Prezident İlham Əliyev S.Ə.Rüstəmova-Tohidiyə "Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Solmaz Əli qızı Rüstəmova-Tohidiyə "Əməkdar elm xadimi” fəxri adı verilsin”.
*** Prezident İlham Əliyev S.Ə.Rüstəmova-Tohidiyə "Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Solmaz Əli qızı Rüstəmova-Tohidiyə "Əməkdar elm xadimi” fəxri adı verilsin”.