Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Prezidentin təltif etdiyi icra başçısı kimdir?

27-11-2018, 22:49 Baxış: 250
Prezidentin təltif etdiyi icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi,bu gün Azərbaycan Prezidenti İlham Əliyev Biləsuvar İcra Hakimiyyətinin başçısı Mahur Quliyevi "Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
 Mahir Quliyevin sabah 60 yaşı tamam olur.
Belə ki, mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub.
Naxçıvan Dövlət Universitetini bitirib. 1977-1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlayıb.
Hərbi xidmətdən qayıtdıqdan sonra 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə o zamankı "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbayıl bələdiyyəsinin üzvü seçilib.
8 sentyabr 2006-cı ildə Prezident sərəncamı ilə Astara rayonuna başçı təyin edilib.
26 aprel 2011-ci ildən Biləsuvar rayonunun icra başçısıdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.