Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Saakaşvili-İvanişvili dueli: II raund başladı

28-11-2018, 08:30 Baxış: 240
Saakaşvili-İvanişvili dueli: II raund başladı
Gürcüstanda prezident seçkilərinin ikinci turu başlayıb. Mübarizə birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze ilə hakim Gürcü Arsuzunun dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili arasında gedir.
Saat 08:00-da start götürən seçkidə ölkə üzrə səsvermə hüququ olan 3.528.658 seçici üçün 3703 seçki məntəqəsi yaradılıb. Xarici ölkələrdə seçki üçün 55 seçki məntəqəsi açılıb. Bu gün seçkini 48500-dən çox yerli, 1300-dən çox beynəlxalq müşahidəçi izləyəcək. Qeyd edək ki, oktyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərində Salome Zurabişvili 38,64 faiz, Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb. Namizədlərin heç biri 50+1 səs toplamadığı üçün seçkilərin ikinci turu təyin olunub. Gürcü Arzusu Saakaşvilinin partiyasının da ciddi şəkildə dəstəklədiyi Vaşadzenin qələbəsini "Saakaşvilinin qayıdışı” kimi təqdim edərək, çoxsaylı aksiyalarla buna qarşı kampaniya aparsa, hətta 600 min borclunun kreditini silməyi üzərinə götürsə də, müxalifətin namizədinin qələbə şansı daha çoxdur. Belə ki, seçkidə digər namizədlər, xüsusilə birinci turda 11 faiz səslə 3-cü olan Bakradze də Vaşadzeni dəstəkləyir.