Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Gürcüstanda prezident seçkilərinin ikinci turunda seçicilərin 56,23 faizi səs verib

28-11-2018, 22:57 Baxış: 109
Gürcüstanda prezident seçkilərinin ikinci turunda seçicilərin 56,23 faizi səs verib
Noyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turu başa çatıb.
Bu turda seçici fəallığı saat 20:00 üçün 56,23 faiz olub.
Bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze bildirib. O deyib ki, ikinci tur üzrə keçirilmiş səsvermədə 1 milyon 975 min 845 seçici iştirak edib.
Amma xarici ölkələrdəki seçicilərin sayı buraya daxil deyil.