Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

ABŞ Rusiyaya sanksiyaların növbəti dalğasına başlayır

ABŞ Rusiyaya sanksiyaların növbəti dalğasına başlayır
ABŞ Skripal işi ilə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyaların ikinci hissəsini tətbiq etmək niyyətindədir.
Bu barədə TASS agentliyinə ABŞ Dövlət Departamentindən məlumat verilib. Qeyd edək ki, ABŞ Skripal işiylə bağlı Rusiyaya qarşı ilk sanksiyaları 27 avqustda tətbiq etmişdi. Bundan sonra Moskvaya Qərbin tələblərinin icrası üçün 90 gün vaxt vermişdi. 90 gün keçsə də, Rusiya hələlik heç bir addım atmayıb. Əgər sanksiyaların ikinci hissəsi tətbiq olunarsa, o zaman ABŞ Rusiya ilə diplomatik münasibətləri azaldacaq və ya dayandıracaq, ABŞ mallarının Rusiyaya ixracına tam qadağa qoyacaq, eləcə də rus mallarının ABŞ-a girişini dayandıracaq, Rusiyanın bütün aviaşirkətlərinin təyyarələrinin ABŞ-a eniş etmə haqqını ləğv edəcək.